« Ana sayfaya git

Merak Ettiğiniz Bütün Dini Konular


Ana Sayfa > Azəricə  >  Uydurma hədis olurmu?  >  Həzrəti Əbu Hüreyrənin çoxlu hədis rəvayət etməsi
Həzrəti Əbu Hüreyrənin çoxlu hədis rəvayət etməsi

Sual: Bir nəfər “Nəhcül-bəlağə” şərhindən qaynaq göstərib Əbu Hüreyrənin etibarlı olmadığını bildirdi. Əbu Hüreyrə səhabə deyil?
Cavab:
Nəhcül-bəlağə kitabını yəhudi əsilli olan Əli mürtədanın qardaşı Radi adındakı bir şiənin yazdığını islam alimləri ittifaqla bildirmişdir. Onsuz da bunu şiələr də inkar etmir.

Zahiri elmlərdə və təsəvvüf bilgilərində yüksək dərəcəsiylə tanınan böyük vəli seyyid Abdullah Dəhləvi həzrətləri “Məktubat” kitabında “Nəhcül-bəlağə”nin mötəbər olmadığını bildirmişdir.

Bu kitabı şiələr və mutəzilə firqələri şərh etmişdir. Məsələn, şərh edənlərdən biri ibn Əbülxalid mütəzilə firqəsindəndir. Bu kitabı mason Abduh da şərh etmişdir. Lakin heç bir əhli-sünnə alimi mötəbər qəbul etməmişdir.

Necə ki, əhli-sünnənin nəqlləri bidət firqələrində mötəbər sayılmazsa, onların nəqlləri də, əlbəttə, əhli-sünnəyə görə mötəbər sayılmaz. O kitabda yazılanların əhli-sünnəyə görə heç bir elmi dəyəri yoxdur.

Həzrəti Əbu Hüreyrə «radiyallahu təala ənh» əshabi-kiramın böyüklərindəndir. Əshabi-kiramın, dərəcəsinə görə böyük-kiçik hamısının Cənnətlik olduğu hədisi-şərif və ayəti-kərimələrdə bildirilmişdir. Bir ayəti-kərimə tərcüməsi:
«Məkkənin fəthindən əvvəl Allah üçün mal verib döyüşənlər daha sonra xərcləyib döyüşənlərlə eyni deyil. Onların dərəcəsi sonradan Allah yolunda xərcləyən və döyüşənlərdən daha yüksəkdir. Bununla yanaşı, Allah hamısına ən gözəl olanı [Cənnəti] vəd etmişdir». [Hədid, 10]

Allahu təala «Və kullən vaadallahu hüsna [Hamısı üçün Hüsnanı [Cənnəti] söz verdim]» buyurur. Hamısının Cənnətlik olduğu insanlara necə “Mötəbər deyil” deyilə bilər? Bu ayəti-kəriməni inkar etmək deyil?

Əhli bilir ki, hədis ravilərində ədalət şərti axtarılır. Amma əshabi-kiram ravidirsə, onda belə bir şərt axtarılmaz. Çünki hamısının ədalətli olduğunda icma hasil olmuşdur. Əshabi-kiramdan hər hansı birinə ədalətli olmadığını deyən icmaya qarşı çıxmış olar. İcmaya qarşı çıxmaq küfrdür.

Həzrəti Əbu Hüreyrə müsəlman olduqdan sonra anasının da müsəlman olmasını istəyirdi və buna görə çox çalışırdı. Lakin heç cür müvəffəq ola bilmirdi. Bu barədə belə demişdir:
“Rəsulullaha “anamın hidayətə qovuşması üçün dua buyurun” dedim. Rəsulullah «Allahım, Əbu Hüreyrənin anasına hidayət ver» deyə dua buyurdu. Evə çatanda anam “Ya Əba Hüreyrə, mən müsəlman oldum” dedi və kəlmeyi-şəhadət gətirdi. Mən sevincimdən ağladım və anamın müsəlman olduğunu müjdələdim. Dedim ki, “Ya Rəsulullah anamı və məni möminlərin sevməsi üçün, bizim də möminləri sevməyimiz üçün dua edin”. Rəsulullah «Allahım, bu qulunu və anasını mömin qullarına, möminləri də onlara sevdir» buyuraraq dua etdi. Artıq məni tanıyan və görən hər mömin sevdi. [Bu hədisi-şərif göstərir ki, Əbu Hüreyrə həzrətlərini ancaq mömin sevər, ona ancaq İbni Səbəçi nifrət edər.]

Əshabi-kiramın ən kasıbı olduğu üçün əshabi-suffənin arasına qatıldı. Əshabi-suffə məscidi-nəbidə qalıb həmişə elmlə məşğul olardı. Həzrəti Əbu Hüreyrə həmişə Peyğəmbər əfəndimizin hüzurunda olduğu üçün bir çox hədisi-şərif eşidib rəvayət etmişdir. Əshabi-kiramın arasında Abdullah bin Ömərdən sonra ən çox hədis bilən odur.

Aişə anamızdan Rəsulullahın söz və halını ən yaxşı bilənin kim olduğu soruşulanda buyurmuşdur:
«Rəsulullahın hal və sözlərini ən yaxşı bilən Əbu Hüreyrədir. And içirəm ki, Əbu Hüreyrə bütün vaxtını Rəsulullahın hüzurunda keçirmişdir».

Həzrəti Əbu Hüreyrə illərlə gecə-gündüz Rəsulullahın hüzurundan ayrılmamış, bütün işini-gücünü buraxmış, həmişə Peyğəmbər əfəndimizin buyurduqlarını dinləyib əzbərləmişdir. Hətta günlərlə ac qaldığı halda dini öyrənmək üçün buna dözmüşdür. Bu səhabənin rəvayət etdiyi hədisi-şəriflərə istisnasız, bütün hədis kitabları yer vermişdir. Həmişə dəstəmazlı olar, “Rəsulullah «Dəstəmazlı olan üzvə [orqana] Cəhənnəm atəşi toxunmaz» buyurub” deyərdi. Bu böyük hədis alimi əsla pislənməz. Onu pisləmək şəri ehkamın yarısını pisləməkdir. Çünki şəri ehkamı bildirən üç min hədisi-şərif vardır. Yəni dinimizin üç min hökmü sünnə ilə müəyyən olmuşdur. Bu üç min hökmün yarısını xəbər verən Həzrəti Əbu Hüreyrədir. Onu pisləmək şəri ehkamın yarısını pisləməkdir.

Döyüş və barışda Rəsulullah əfəndimizin yanından ayrılmazdı. Yaddaşı çox güclü olduğundan çoxlu hədisi-şərif əzbərləmişdi. Əshabi-kiramdan və tabiindən səkkiz yüz nəfərin özündən hədis öyrəndiyi Buxaridə yazılmışdır. «Bilərək mənə yalan isnad edən Cəhənnəmdəki yerinə hazırlansın» hədisinin ravisidir. Hədis rəvayət etmək istədiyində bu hədisi zikr edərdi. Səhabələr onun hədis rəvayətindəki üstünlüyünü qəbul edib ondan hədis nəql etdilər. «Hakim Nişapuri, III, 513»

Əbu Hüreyrə səhabə və mühəddislərə görə son dərəcə etibarlı, böyük şəxsdir. «Buxari»

O, məndən daha xeyirli və nəql etdiyini daha yaxşı biləndir. «Abdullah ibni Ömər»

O, bizim eşitmədiyimiz bir çox hədisi eşitmişdir. «Həzrəti Talha» [H. Nişapuri, III, 511]

İmam Şəfii kimi böyük alimlər «Əbu Hüreyrə öz dövründəki hədis ravilərinin içində yaddaşı ən güclü olandır» buyurmuşdur. «İbni Həcər əl-İsabə fi Təmyizis-səhabə, IV, 205»

Çoxlu hədis rəvayət etməsinin səbəblərindən bəziləri:
1- Peyğəmbər əfəndimizlə gecə-gündüz birlikdə olmuşdur. «Çoxlu hədis rəvayət etməyimin səbəbi budur: Mühacirlər alış-verişlə, ənsar da öz mal və mülkləriylə məşğul olarkən mən Rəsulullahın məclislərindəydim» demişdir. «Buxari, Müslim»

2- Elmə çox bağlı idi. Rəsulullah əfəndimiz «İçinizdən hansınız paltarını çıxarıb yerə sərər? Bəzi şeylər söyləyəcəyəm. Sonra paltarını yığışdırıb götürsün, sözlərimi heç unutmaz» buyurunca paltosunu çıxarıb sərdi. Rəsulullah dua etdi. Özü «Paltomu geydikdən sonra eşitdiyim heç bir şeyi unutmadım» dedi. «Buxari»

Hakim Nişapuri belə xəbər verir:
Bir nəfər Zeyd bin Sabitdən bir məsələ soruşdu. O da Əbu Hüreyrənin yanına getməsini söylədi və dedi ki: “Bir gün mən, Əbu Hüreyrə və bir yoldaş məsciddə oturmuşduq. Həmin vaxt Rəsulullah gəlib yanımızda oturdu və «Hamınız Allahdan bir dilək istəyin» buyurdu. Mən və yoldaşım Əbu Hüreyrədən əvvəl dua etdik, Rəsulullah da bizim duamıza “amin” dedi. Növbə Əbu Hüreyrəyə gəldikdə «Ya Rəbbi səndən iki yoldaşımın istəyi ilə unudulmayan bir elm diləyirəm» dedi. Rəsulullah əfəndimiz bu duaya da “amin” dedi. Biz də «Ya Rəsulullah biz də Allahdan unudulmayan bir elm istəyərik» dedik. Bizə «Devsli gənc [Əbu Hüreyrə] sizdən əvvəl davrandı» buyurdu. «Müstədrək, III, 508; Nəsai, III, 440»

Özü danışır:
«Ya Rəsulullah, qiyamətdə sənin şəfaətinə nail olacaq ən məsud adam kimdir?» dedim. Mənə «Ya Əba Hüreyrə, sənin hədislərimə olan sevginin çoxluğunu bildiyim üçün belə bir sualı səndən əvvəl heç kimin soruşmayacağını təxmin etmişdim. Qiyamətdə şəfaətimə nail olacaq ən məsud adam “La ilahə illəllah” deyən müsəlmandır» buyurdu. «Buxari»

3- Rəsulullah əfəndimizdən nəql etdiyi hədisləri xalqa öyrətməyi elmi gizləməyin günahından xilas olmaq üçün özünə vəzifə qəbul edirdi. «Buxari»

Səhabələrin içində hədisi ən yaxşı bilən, hədis götürmə və rəvayət etmədə digərlərindən daha üstün bir duruma gəlmişdi. İbni Ömər onun cənazə namazında «Rəsulullahın hədisini mühafizə edən» deyərək onu tərifləmişdir. Ayrıca, «Əbu Hüreyrə Rəsulullahın söhbətinə ən çox davam edən və onun hədislərini ən yaxşı əzbərləyən şəxsdir» deyərdi. «Tirmizi»

Yenə özü danışır:
«“Bəqərə” surəsinin 159-cu və Ali-İmran surəsinin 187-ci ayələri olmasaydı, heç hədis rəvayət etməzdim». «Buxari»

Bu iki ayəti-kərimənin tərcümələri belədir:

«Endirdiyimiz açıq dəlilləri və hidayəti gizləyənlər var ha, bax onlara həm Allah lənət edər, həm də bütün lənətçilər lənət edər». [Bəqərə, 159]

«Allah özlərinə kitab verilənlərdən "Onu mütləq insanlara açıqlayacaqsınız, onu gizləməyəcəksiniz" deyərək söz almışdı. Onlar isə bunu qulaq ardına vurdular, onu az bir dünyalığa dəyişdilər. Etdikləri alış-veriş nə qədər pisdir!» [Ali-İmran, 187]

Üç hədisi-şərif tərcüməsi:

«Elmini gizləyən xəzinəni basdırıb kimsəyə kömək etməyənə bənzəyir». [Təbərani]

«Elmini gizləyənə dənizdəki balıqlardan göydəki quşlara qədər hər şey lənət edər». [Darəmi]

«Elmini gizləyənə qiyamətdə atəşdən gəm vurular». [İbni Macə, Təbərani]

Bax, bu səbəblərə görə, Həzrəti Əbu Hüreyrə elmini gizləməyib yaymışdır.
 
Geri dön
 

Türkçe | English | Français | Azəricə

[ Normal Siteyi Göster ]

www.dinimizislam.com