Dəstəmazsız namaz

Sual: Dəstəmaz üçün su tapa bilməyən və təyəmmüm etmək imkanı da olmayan namazının qəzaya qalmaması üçün Hənbəli məzhəbini təqlid edərək dəstəmazsız və təyəmmümsüz namaz qıla bilərmi?
CAVAB
Təyəmmüm edə bilməmək qeyri-mümkün deyiləcək qədər çətindir. Çünki torpaq, mərmər, daş, kərpic və kirəmitlə və həmçinin laksız kasa, bardaq, dibçək və dəstiylə, o cümlədən qum, əhəng, torpaq tozu və daha başqa şeylərlə təyəmmüm etmək imkanı vardır. Namazın əhəmiyyətini bilən yanında bunlardan birini saxlaya bilər. Təyəmmüm etmək imkanı olmayan şəxs iki namazı cəm edər. Məsələn, zöhr namazını qıla bilməyən şəxsin axşama qədər su və ya təyəmmüm edəcək bir şey tapa bilməməsi çox çətin bir ehtimaldır. Bəlkə, ancaq həbs və ya hücrədə ola bilər.

Təmiz yer, su və torpaq tapa bilməyən həbsdəki adam oxumadan namaz qılan kimi edər. Həbsdən xilas olduqda hamısını qaytarar. (İslam əxlaqı)
Təyəmmüm imkanı və iki namazı cəm edəcək durumu da olmayan şəxs ancaq həmin vaxt Hənbəli məzhəbini təqlid edərək təyəmmümsüz namazını qıla bilər.

Hənbəlidə su və torpaq tapa bilməyən dəstəmazsız və təyəmmümsüz namaz qılar, ancaq o namazlarda yalnız fərzlərinə və namazın düzgünlük şərtlərinə riayət edər. Sünnə və müstəhəbləri etməməlidir. (Əl-fiqhi ələl-məzahib-il-ərbəa)