Hənbəlidə heyz və nifas

1- Heyzin ən azı 1 gün, ən çoxu isə 15 gündür. 15 gündən çox gələrsə, istihazə [üzr] olar.

2- İkinci heyzin ola bilməsi üçün aradan ən az 13 gün keçməlidir. 13 gün keçmədən qan gələrsə, bu heyz deyil, istihazədir.

3- 9 yaşından kiçik qızdan və ayisədən [50 yaşından sonra] gələn qan heyz olmaz, üzr olar.

4- Hamilədən gələn qan heyz deyil, istihazədir.

5- İstihazəli qadınla cima haramdır. Digər üç məzhəbdə caizdir. Nifaslı qadının qırxı çıxmadıqca təmizlənsə belə, cima caiz olmaz. Digər üç məzhəbdə caizdir. Heyz bitdikdən sonra qüsl almadan cima üç məzhəbdə caiz deyil. Hənəfidə caizdir. Heyzli və nifaslı qadının övrət yeri xaric göbəklə dizinin arasına toxunmaq Hənbəlidə caiz, Şəfii və Malikidə caiz deyil. Hənəfidə isə imami-əzəmə görə caiz deyil, imam Muhammedə görə caizdir. Fətva da belədir.

6- Nifasın maksimum müddəti Hənəfidəki kimi 40 gündür. Azı üçün bir sərhəd yoxdur.

7- Nifas görərkən qan gəlmədiyi günlər təmizdir, qüsl alaraq hər ibadətini edər. Qan gəldiyi günlər namaz və orucu tərk edər. 40 günə qədər belə davam edər.