On günü keçən və əvvəlki adətə rast gələnlər

Rənglərin açıqlaması



On günü keçən və əvvəlki adətə rast gələnlər:

Qayda: Adət zamanı müəyyən olan qadın 10 gündən çox qan görsə, mütləq «istihazəli» olar, yəni «Qan gəldiyi halda heyz olmayan» günlərin var olduğu aydınlaşar. 10 gündən çox qan gələndə qan gördüyü günlərin əvvəlki adətinə rast gəlib-gəlmədiyinə baxılır. 3 və ya daha çox günü əvvəlki adətinə rast gələndə tək bu günlər heyz olub qan gələn digər günlər istihazə olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər. 2 və ya daha az gün rast gəlsə, buna etibar edilməz.

Nümunələr:

1. Adəti 25 təmiz, 5 heyz olan qadın 17 təmiz, 11 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 3 gün rast gəldiyi üçün rast gələn bu 3 gün heyz, bu 3 gündən əvvəlki 8 qanlı gün istihazə olar. Təmizlik gün sayı dəyişməz, heyz 3 günə düşmüş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



2. Adəti 25 təmiz, 5 heyz olan qadın 17 təmiz, 12 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 4 gün rast gəldiyi üçün rast gələn bu 4 gün heyz, bu 4 gündən əvvəlki 8 qanlı gün istihazə olar. Təmizlik gün sayı dəyişməz, heyz 4 günə düşmüş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



3. Adəti 25 təmiz, 5 heyz olan qadın 16 təmiz, 14 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 5 gün rast gəldiyi üçün rast gələn bu 5 gün heyz, bu 5 gündən əvvəlki 9 qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyz dəyişməz. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



4. Adəti 25 təmiz, 5 heyz olan qadın 27 təmiz, 11 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 3 gün rast gəldiyi üçün rast gələn bu 3 gün heyz, bu 3 gündən sonrakı 8 qanlı gün istihazə olar. Təmizlik gün sayı 27 günə çıxmış, heyz 3 günə enmiş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



5. Adəti 25 təmiz, 5 heyz olan qadın 26 təmiz, 15 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 4 gün rast gəldiyi üçün rast gələn bu 4 gün heyz, bu 4 gündən sonrakı 11 qanlı gün istihazə olar. Təmizlik gün sayı 26 günə çıxmış, heyz də 4 günə enmiş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



6. Adəti 25 təmiz, 5 heyz olan qadın 25 təmiz, 11 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 5 gün rast gəldiyi üçün rast gələn bu 5 gün heyz, bu 5 gündən sonrakı 6 qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyz dəyişməmiş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



7. Adəti 25 təmiz, 5 heyz olan qadın 24 təmiz, 12 qan görsə bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 5 gün rast gəldiyi üçün rast gələn bu 5 gün heyz, bu 5 gündən əvvəl gələn 1 qanlı günlə 5 gündən sonra gələn 6 qanlı gün, yəni cəmi 7 qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyz dəyişməmiş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



8. Adəti 25 təmiz, 5 heyz olan qadın 22 təmiz, 14 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 5 gün rast gəldiyi üçün rast gələn bu 5 gün heyz, bu 5 gündən əvvəl gələn 3 qanlı günlə 5 gündən sonra gələn 6 qanlı gün, yəni cəmi 9 qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyz dəyişməmiş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



9. Adəti 25 təmiz, 5 heyz olan qadın 16 təmiz, 16 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 5 gün rast gəldiyi üçün rast gələn bu 5 gün heyz, bu 5 gündən əvvəl gələn 9 qanlı günlə 5 gündən sonra gələn 2 qanlı gün, yəni cəmi 11 qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyz dəyişməmiş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.



10. Adəti 25 təmiz, 5 heyz olan qadın 20 təmiz, 15 qan görsə, bu aydakı qanlı günlər 10 günü keçdiyi üçün istihazənin var olduğu aydınlaşır. Bu aydakı qanlı günlər əvvəlki adətinə 5 gün rast gəldiyi üçün rast gələn bu 5 gün heyz, bu 5 gündən əvvəl və sonra gələn 5 qanlı gün, yəni cəmi 10 qanlı gün istihazə olar. Təmizlik gün sayı və heyz dəyişməmiş olar. İstihazə olan günlərdəki qılmadığı namazlarını daha sonra qəza edər.