Malikidə nifas qanları

Rənglərin açıqlaması:



1- Maliki məzhəbində nifasda qan gələn günlərin cəminin ən çox müddəti 60 gündür. [Hənəfidə nifasın başlanğıcından 40 günə qədər keçən təmiz və qanlı günlərin cəmidir. Malikini təqlid edən nifas adətindən sonrasını və ya nifas adəti yoxdursa, 40 gündən sonrasını qəza edər.]
2- Nifas görərkən 15 gün heç qan gəlməsə, artıq təmizlənmiş olar. Bu 15 günlük təmizlikdən sonra təkrar qan gələrsə, bu qan nifas deyil, heyz qanıdır. [Hənəfidə isə 40 günə qədər nifasdır.]
3- Nifas qanları arasındakı təmizlik günləri 15 gündən az olsa, nifas sayılar. Aradakı təmizlik günləri hesabdan salınaraq qanlı günlər toplanıb 60 günə çatsa, bu vəziyyətdə qadının nifası sona çatmış olar.
4- Malikidə nifasda 15 təmiz gün keçmədən yenə qan gələrsə, bu gələn nifas olar. 15 təmiz gün keçdikdən sonra gələrsə, heyz olar. Nifas qanları arasında 15 və ya daha çox təmizlik olsa, artıq nifasın bitdiyi deməkdir, 60 günü gözləmək lazım deyil. 15 və ya daha çox təmiz gündən sonra qan gələrsə, bu nifas deyil, heyz qanı olar. Köhnə nifas adəti yoxdursa, Hənəfidə qırx günə qədər gələn qanlar nifas sayılır.
5- Qarın yarılaraq uşaq götürüləndə gələn qan nifas olmaz. [Hənəfidə nifas olar. Malikini təqlid edən Hənəfi burada öz məzhəbi olan Hənəfiyə uyar.]

Nümunələr:
1) Hənəfiyə görə nifas adəti 30 gün olan və Malikini təqlid edən bir qadın bu doğumunda 42 gün qan görsə, Malikiyə görə 42 günü də nifas olar. Hənəfiyə görə isə qanlı günlər 40 günü keçdiyi üçün nifas adəti etibarlı olar. Yəni 42 günün ilk 30 günü nifas, sonrakı 12 gün istihazə olar.
43-cü gün qan kəsiləndə qüsl alıb namaza başlayar. Malikini təqlid etdiyi üçün qanlı günlər 40 günü keçdiyi halda 41-ci gün namaza başlamaz. Çünki Malikidə arada 15 və ya daha çox təmiz gün keçmədikcə cəmi 60 günə qədər görülən qanlı günlər nifas olar. Hənəfiyə görə istihazə olduğu aydın olan və namaz qılmadığı 12 günü daha sonra qəza edər.



2) Malikini təqlid edən bir qadın ilk doğumunda 55 gün qan görsə, Malikiyə görə 55 günü də nifas olar. Hənəfiyə görə isə 40 günü keçən 15 qanlı gün istihazə olar.
56-cı gün qan kəsiləndə qüsl alıb namaza başlayar. Hənəfiyə görə istihazə olduğu aydın olan və namaz qılmadığı 15 günü daha sonra qəza edər.



3) Malikini təqlid edən bir qadın ilk doğumunda 60 gün qan görsə, Malikiyə görə 60 günü də nifas olar. Hənəfiyə görə isə 40 günü keçən 15 qanlı gün istihazə, bundan sonrakı 5 qanlı gün isə heyz olar. Malikidə 60 günə qədər nifas olduğu üçün Hənəfiyə görə 40 günü keçən istihazəli günlərdə namaz qılmaz.
61-ci gün qan kəsiləndə qüsl alıb namaza başlayar. Hənəfiyə görə istihazə olduğu aydın olan və namaz qılmadığı 15 günü daha sonra qəza edər.



4) Hənəfiyə görə nifas adəti 21 gün, heyz adəti isə 8 gün olan və Malikini təqlid edən bir qadın bu doğumunda 7 qan, 13 təmiz, 3 qan, 15 təmiz, 5 qan görsə, Malikiyə görə 7 və 3 qan gördüyü günlər nifas olar. Aradakı günlər təmizdir. Son 5 qanlı gün 15 təmiz gündən sonra gəldiyi üçün Malikiyə görə heyz olar. Hənəfiyə görə isə qanlı günlər 40 günü keçdiyi üçün nifas adəti etibarlı olar. Yəni aradakı 13 təmiz gün də axan qəbul edilərək ilk 21 gün nifas, bundan sonrakı 2 qanlı günlə 15 təmiz gündən sonrakı 5 qanlı gün istihazə olar.
8-ci gün qan kəsiləndə qüsl alıb namaza başlayar. 21-ci gün qan gələndə yenə namazı tərk edər. 24-cü gün qan kəsiləndə yenə qüsl alıb namaza başlayar. 39-cu gün qan gələndə yenə namazı tərk edər. 41-ci gün qan gəlməyə davam edəndə yenə namaz qılmaz. Çünki bu günlər Malikiyə görə heyzdir. 5 qanlı gündən sonra qan kəsiləndə yenə qüsl alıb namaza başlayar. İstihazə olduğu aydın olan və namaz qılmadığı 7 günü daha sonra qəza edər.