Malikini təqlid ilə əlaqədar suallar

Sual: Malikini təqlid edən bir qadının heyzi həmişə 10 gün ikən 13 gün davam etsə, on gündən sonra oruc tutub namaz qılmağı lazımdırmı?
CAVAB
10 gündən sonra 13 günə qədər heyz davam etsə, bu 3 gün namaz qılmaz lakin oruc tutar; çünki orucda Maliki təqlid edilmir. Daha sonra 10 gündən sonrakı qıla bilmədiyi 3 günlük namazını qəza edər. Hənəfi və Malikidə heyz səbəbiylə tutula bilməyən oruclar qəza edilər.

Sual: İstihazə qanı Malikini təqlid edən qadının dəstəmazını pozarmı?
CAVAB
Pozmaz.

Sual: Malikiyə görə istihazəli olan günlərdə Malikini təqlid etməyən qadın istihazə qanı üçün Malikini təqlid etsə, istihazə qanı dəstəmazını pozarmı?
CAVAB
İstihazə qanı Malikini təqlid edənin dəstəmazını pozmaz. Başqa dəstəmazı pozan bir səbəb olmazsa, səhər aldığı dəstəmazla işanı qıla bilər.

Sual: Malikini təqlid edən qız heyz olmağa başlayanda qan dayanmadan axsa, nə edər?
CAVAB
Hənəfidə ilk 10 günü heyz, 20 günü istihazə qəbul edilir. Malikini təqlid edəndə 15 günü heyz, 15 günü istihazə qəbul edilir. Şəfiidə də belədir.

Sual: Malikini təqlid edirəm. Hər ay heyzim 3 gün ikən bu ay 11 gün davam etdi. Heyzim dəyişdimi? Bu günlərdə namaz qılmağım lazımdırmı?
CAVAB
Heyz dəyişmədi, yenə 3 gündür. Ancaq Malikini təqlid etdiyiniz üçün daha əvvəl 3 gündən çox qan gəlməmişsə, Malikiyə görə heyzinız 3+3=6 gün olar. Ancaq qanın 10 gündən əvvəl kəsilmə ehtimalı olduğu üçün 10 günə qədər namaz qılınmaz. 10 gündən sonra 3 gündən sonrakılar qəza edilər.

Sual: Təmizlik günü 23, adət günü 6 olan Malikini təqlid edən bir qadın 15 günə qədər qan davam etsə, namazlarını necə qılar?
CAVAB
Bir damla qan gəlsə də, Malikiyə görə heyzli olar. Malikidə adətindən ən çoxunun üç gün əlavəsi heyz olacağı üçün, 6 gün heyzdən sonra 9 günə qədər heyzli sayılar. 10-cu günü gələndə də yenə Hənəfiyə görə adəti dəyişmiş ola biləcəyini düşünərək namaz qılmaz. 11-ci günü gələndə bunun üzr olduğu aydın olar. Dərhal 11-ci gündən etibarən namaza başlayar və 6 gündən sonrakı qılmadığı namazlarını qəza edər. 15 günə qədər gələn qanlar üzr sayılar.

Qanın kəsildiyi qərarına gəlsə, qüsl alıb namazını qılar. Ən uyğunu da namaz vaxtının sonuna qədər gözləyib qan gəlməzsə, qüsl alıb namazını qılar. Yəni bir damla qan gələndə bir gün gözləməz. Kəsildiyindən etibarən namaz qılmalıdır.

Sual: Adət günü 6 gün olan Malikini təqlid edən hənəfi bir qadının heyzi normal təmizlikdən sonra nizamsız olsa, 3 gündən əvvəl gələrsə, nə edər; 3 gündən sonra gələrsə, nə edər; bir daha gələnə qədər gözlədiyi müddət bir namaz vaxtıdırmı, yoxsa 24 saatdırmı?
CAVAB
Hənəfidə belədir: Qadın adətindən ən az 15 gün sonra qan görməyə başlasa, namazı və orucu tərk edər. Əgər 3 gün olmadan kəsilsə, namazın son vaxtına [o namazı qılacaq] qədər gözləyər, dəstəmaz alıb namazını qılar. Qan gələrsə, namaz qılmaz. 3 günə qədər belə davam edər, qüsl lazım deyil. Çünki bunun adət qanı olmama ehtimalı vardır. Tək dəstəmaz kifayət edər.

Malikidə isə bir damla belə gəlsə, heyz olduğu üçün qan kəsilənə qədər namaz qılmaz. Qan kəsildiyinə qərara gələndə qüsl alıb namazlarını qılar. Hər namaz vaxtında bir damla gələrsə, qan kəsiləndə namaz vaxtının sonuna qədər gözləyər, sonra qüsl alıb namazını qılar.

Sual: Malikini təqlid edən bir xanımın doğum sonrası dövründə heyz və nifas vəziyyəti necədir, Hənəfi məzhəbinə görə fərq vardırmı?
CAVAB
Hənəfidə doğum sonrası müddət qırx gün ikən Malikidə 60 gündür. Qan gəldiyi günlər 60 gün tamam olana qədər namaz qılınmaz. Qırx gündən sonra təmiz olduğu günlər qüsl alıb namaz qılar; qan gələrsə, qılmaz. Buna görə qan gələn günləri hesablamaq lazımdır. Təmiz günlərin deyil, qan gələn günlərin 60 günü tamamlamağı lazımdır. Daha əvvəl kəsilsə, zərəri olmaz. Deyək ki, 20 gündə kəsildi. O zaman problem qalmaz. Qırx günü keçəndə hələ qan gələrsə, onda problem çıxır.

Maliki təqlid ediləndə Malikiyə görə heyz və nifasın, yəni doğuş sonrası müddətin hökmünü bilmək lazımdır.

15 gün heyz olsa
Sual:
Təmizlik günü 23, adət günü 6 olan və Malikini təqlid edən bir qadın 15 günə qədər qan davam etsə, namazlarını necə qılar?
CAVAB
15 gün təmizlikdən sonra bir damla qan gəlsə də, Malikiyə görə heyzli olar. Malikidə adətindən ən çoxunun üç gün əlavəsi heyz olacağı üçün, 6 gün heyzdən sonra 9 günə qədər heyzli sayılar. 10-cu günü gələndə də yenə Hənəfiyə görə adəti dəyişmiş ola biləcəyi düşünülərək namaz qılınmaz. 11-ci günü gələndə bunun üzr olduğu aydın olar. Dərhal 11-ci gündən etibarən namaza başlayar və 6 gündən sonrakı qılmadığı namazları qəza edər. 15 günə qədər gələn qanlar üzr sayılar.

5 gün heyz, 25 gün təmiz
Sual:
Maliki məzhəbini təqlid edən bir qadının adəti həmişə 5 gün qan, 25 təmiz olsa, bu ay 5 gündən sonra heç dayanmayıb 15 günə qədər axsa, yeni adəti nə olar?
CAVAB
Hənəfiyə görə 10 gündən sonra da qan gələndə adəti yenə 5 gün olar. Malikiyə görədirsə, adəti 5+3 = 8 günə çıxar. 11-ci gün qan gələndə qüsl alıb namaza başlayar. 5-ci gündən sonrakı namazlarını qəza edər.

6 gün heyz, 24 gün təmiz
Sual:
Maliki məzhəbini təqlid edən bir qadının adəti həmişə 6 gün qan, 24 gün təmiz olsa, bu ay 9 gün qan gəlib kəsilsə, yeni adəti nə olar?
CAVAB
Yeni adəti 9 günə çıxar.

4 gün heyz, 26 gün təmiz
Sual:
Maliki məzhəbini təqlid edən bir qadının adəti həmişə 4 gün qan, 26 gün təmiz olsa, bu ay 4 gün qan gəlib kəsilsə, 6 və 7-ci günləri axmasa və 8, 9, və 10-cu günləri qan gəlsə, yeni adəti nə olar?
CAVAB
Yeni adəti 10 günə çıxar. 6 və 7-ci günlər də axmış qəbul edilir. Əgər 11-ci gün də qan gəlsəydi, adəti dəyişməz, yenə 4 gün olardı.

Həccdə Malikini təqlid
Sual:
Diş plombu səbəbiylə Maliki məzhəbini təqlid edən şəxs həccə gedəndə həccin fərzlərini edərkən Maliki məzhəbinin şərtlərini də güdməlidirmi?
CAVAB
Xeyr. Yalnız qüsl, dəstəmaz və namazda Maliki məzhəbinin şərtlərini güdmək lazımdır.