On günü keçməyən qanlı günlər arasındakı təmiz günlər

Rənglərin açıqlaması:



On günü keçməyən qanlı günlər arasındakı təmiz günlər

Qayda: 10 günü keçməyən qanlı günlər arasındakı təmiz günlər axan qəbul edilir.

Üç gündən əvvəl kəsilərsə, namaz vaxtının sonu yaxınlaşana qədər gözləyər. Sonra qüsl almadan tək dəstəmaz alıb o namazı qılar və qılmadıqlarını qəza edər. O namazı qıldıqdan sonra qan yenə gələrsə, namaz qılmaz. Üç gündən əvvəl yenə kəsilsə, vaxtın sonuna yaxın yalnız dəstəmaz alıb o namazı qılar və qılmadıqları varsa qəza edər. Üç gün tamam olana qədər belə edər. Üç gün gəldikdən sonra qan kəsilsə, artıq qüsl alaraq namaza başlayar. Təkrar qan gələrsə, yenə namazı buraxar.

Nümunələr:

1) Adəti 27 təmiz, 5 heyz olan qadın 24 təmiz, 1 qan, 2 təmiz, 2 qan görsə, aradakı 2 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 5 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlməməsinə baxılmaz. Bu ayda qan gördüyü gün sayı yeni adəti olar. Yəni yeni adəti 24 təmiz, 5 heyz olar.



2) Adəti 22 təmiz, 6 heyz olan qadın 21 təmiz, 3 qan, 2 təmiz, 2 qan görsə, aradakı 2 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 7 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlməməsinə baxılmaz. Bu ayda qan gördüyü gün sayı yeni adəti olar. Yeni adəti 21 təmiz, 7 heyz olar.



3) Adəti 23 təmiz, 7 heyz olan qadın 21 təmiz, 1 qan, 2 təmiz, 1 qan, 3 təmiz, 2 qan görsə, aradakı 2 və 3 gün təmiz olan günlər axan qəbul edilir. Yəni cəmi 9 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlməməsinə baxılmaz. Bu ayda qan gördüyü gün sayı yeni adəti olar. Yeni adəti 21 təmiz, 9 heyz olar.



4) Adəti 22 təmiz, 6 heyz olan qadın 20 təmiz, 2 qan, 6 təmiz, 2 qan görsə, aradakı 6 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 10 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlməməsinə baxılmaz. Bu ayda qan gördüyü gün sayı yeni adəti olar. Yeni adəti 20 təmiz, 10 heyz olar.



5) Adəti 20 təmiz, 10 heyz olan qadın 20 təmiz, 2 qan, 2 təmiz, 2 qan, 2 təmiz, 2 qan görsə, aradakı hər 2 təmiz günlər axan qəbul edilir. Yəni cəmi 10 gün qan görmüş qəbul edilir. Bu aydakı qanlı günlər 10 günü keçmədiyi üçün əvvəlki adətinə rast gəlib-gəlməməsinə baxılmaz. Bu ayda qan gördüyü gün sayı yeni adəti olar. Yəni adəti yenə 20 təmiz, 10 heyz olar.