Qızlarda qanlı günlər arasındakı təmiz günlər

Rənglərin açıqlaması:



Qızlarda qanlı günlər arasındakı təmiz günlər

Nümunələr:

1) Bir qız ilk dəfə olaraq 2 qan, 1 təmiz, 2 qan görsə və sonra 25 gün təmiz qalsa, aradakı 1 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 5 gün heyz görmüş olar. Adəti 5 gün olar.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 3-cü gündə qan kəsiləndə qüsl almadan yalnız dəstəmaz alıb namaza başlayar. 4-cü gün qan gələndə yenə namazı tərk edər. 6-cı gün qan kəsiləndə artıq qüsl alaraq namaza başlayar.

2) Bir qız ilk dəfə olaraq 3 qan, 2 təmiz, 1 qan, 1 təmiz, 1 qan, 1 təmiz, 1 qan görsə və sonra 20 gün təmiz qalsa, aradakı cəmi 4 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 10 gün heyz görmüş olar. Adəti 10 gün olar.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 4-cü gündə qan kəsiləndə qüsl alaraq namaza başlayar. 6-cı gün qan gələndə yenə namazı tərk edər. 7-ci gündə qan kəsiləndə yenə qüsl alaraq namaza başlayar. 8-ci gün qan gələndə yenə namazı tərk edər. 9-cu gündə qan kəsiləndə yenə qüsl alaraq namaza başlayar. 10-cu gün qan gələndə yenə namazı tərk edər. 11-ci gündə qan kəsiləndə yenə qüsl alaraq namaza başlayar. Bundan sonra artıq 10 günü keçmiş olacağı üçün qan gəlsə belə, qüsl almadan yalnız dəstəmaz alıb namaza davam edər.

3) Bir qız ilk dəfə olaraq 4 qan, 3 təmiz, 1 qan görsə və sonra 22 gün təmiz qalsa, aradakı 3 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 8 gün heyz görmüş olar. Adəti 8 gün olar.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 5-ci gün qan kəsiləndə qüsl alıb namaza başlayar. 8-ci gün qan gələndə yenə namazı tərk edər. 9-cu gün qan kəsiləndə yenə qüsl alıb namaza başlayar.

4) Bir qız ilk dəfə olaraq 1 qan, 8 təmiz və 1 qan görsə və sonra 20 gün təmiz qalsa, aradakı 8 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 10 gün heyz görmüş olar. Adəti 10 gün olar.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 2-ci gün qan kəsiləndə qüsl almadan yalnız dəstəmaz alıb namaza başlayar. 10-cu gün qan gələndə yenə namazı tərk edər. 11-ci gün qan kəsiləndə qüsl alaraq namaza başlayar.

5) Bir qız ilk dəfə olaraq 1 qan, 9 təmiz və 1 qan görsə və bundan sonra 19 gün təmiz qalsa, qanlı günlərin heç biri heyz olmaz. Qan görülən iki gün istihazə olar. Çünki 10-cu gündən sonra görülən qandan əvvəlki təmizlik günləri heyz sayılmaz.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 2-ci gün qan kəsiləndə qüsl almadan yalnız dəstəmaz alıb namaza başlayar. 11-ci gün qan gəlsə də, namaza davam edər. Çünki 10 günü keçdiyi üçün bunun istihazə olduğu qətidir.

6) Bir qız ilk dəfə olaraq 1 qan, 8 təmiz və 2 qan görsə və bundan sonra 19 gün təmiz qalsa, aradakı 8 təmiz gün də axan qəbul edilir. Yəni cəmi 10 gün heyz görmüş olar. 11-ci gün istihazə olar. Adəti 10 gün olar.



ŞƏRH
Qan görəndə namazı tərk edər. 2-ci gün qan kəsiləndə qüsl almadan yalnız dəstəmaz alıb namaza başlayar. 10-cu gün qan gələndə yenə namazı tərk edər. 11-ci gün qan gələndə istihazə olduğu aydın olar. Artıq qüsl alaraq namaza başlayar.