Xəstənin qüslü

Sual: Yol qəzası keçirmiş, ayaqları qırıq və ayağa qalxa bilməyən biri necə qüsl alar?
CAVAB
Dəstəmaz üzvlərindən hamısının yarıdan çoxu və ya dörd dəstəmaz üzvündən ikisi sağlamdırsa, dəstəmaz alıb yaralı yerləri məsh edər. Məsh zərər versə, sarığın üzərinə məsh edər.

Dəstəmaz üzvlərinin yarıdan çoxu yaralıdırsa, təyəmmüm edər. Təyəmmüm edənin bəzi yerləri yuması caiz deyil.

Dəstəmazla qüsl üçün təyəmmüm eynidir.

Təyəmmümü özü edə bilməyən başqasına da etdirə bilər.

Gipsli qol
Sual:
Qolu gipsdə olan necə dəstəmaz və qüsl alar?
CAVAB
Gipsli qoluna suyun keçməsi lazım deyil. Gipsin və ya sarığın üstü məsh edilər.

Soyuqdəymə
Sual:
Soyuqdəymədə burun deşikləri tutulur. Qüslə mane olurmu?
CAVAB
Məşəqqət olmayan miqdarı təmizləmək kafidir.

Yuyuna bilməyən
Sual:
Saleh bir təbibin yuyunmasını qadağan etdiyi xəstə qüsl üçün təyəmmüm edərmi?
CAVAB
Bəli.