Nifas qanları

Nifas doğumdan sonra gələn qan deməkdir. Əlləri, ayaqları, başı müəyyən olan düşükdə gələn gələn qan da nifasdır. Nifas müddətinin azı yoxdur. Qadın qan kəsildiyi vaxt qüsl alıb namaza başlayar. Amma əvvəlki nifas adəti qədər gün keçmədən cima edə bilməz. Ən çox müddəti 40 gündür. 40 gün tamam olanda qan kəsilməsə də, qüsl alıb namaza başlayar. 40 gündən sonra gələn qan istihazə olar. O halda nifas gününü də əzbərləmək və xüsusi günlər dəftərinə yazmaq lazımdır.

Ramazanda imsaqdan sonra heyzdən və ya nifasdan kəsilən o gün yeyib içməz. Lakin o günü qəza edər. Heyz və nifas sahurdan sonra başlayarsa, əsrdən sonra da olsa, o gün yeyib içər.

Düşükdə uşağın barmağı, ağzı və ya burnu müəyyən olsa, bütöv uşaq doğmuş kimi olar. Heç bir yeri müəyyən deyilsə, nifas olmaz. Lakin qan 3 gün və ya daha çox axsa və heyzdən kəsiləli 15 gün və ya daha çox olmuşsa, heyz olar. Əgər 3 gündən az olarsa və ya daha heyz kəsiləli 15 gün olmamışsa, heyz deyil, istihazədir. Namazını qılar, orucunu tutar. Cima üçün qüsl lazım deyil.

Heyzin 10 günü və ya nifasın 40 günü içində bir-iki gün qan gəlməsə, kəsildiyini zənn edib və qüsl alıb oruc tutsa, sonra yenə müddəti içində qan gəlsə, heyz və ya nifas olacağı üçün o orucları qəza edər. Kəsiləndə yenə qüsl alar. 3 və ya daha çox qan gəlib adətindən əvvəl kəsilsə, heyz olduğu üçün qüsl alıb namazını qılar. Ancaq adəti keçmədikcə cima caiz olmaz. Nifas da belədir.

Əgər adətdən çox gündə kəsilsə, amma 10 gündə və ya daha az gündə kəsilsə, heyzdir. Əgər qan on günü keçsə, adətindən sonrası heyz olmaz. O günlərdəki namazları qəza edər. Nifasın 40 günü heyzin 10 günü kimidir.

Bir neçə nümunə verək:
1- Bir qadın ilk doğumunda 30 qan görüb kəsilsə, 40 günə qədər heç qan gəlməsə, nifası 30 gün olar. İkinci doğumda 20 qan, 15 təmiz və 10 gün qan görsə, qanın gəlməsi 40 günü keçdiyi üçün istihazə vardır. Nifası dəyişməz, yenə 30 gün olar, 10 qanlı gün istihazə olar.

2- Doğumdan sonra 5 gün qan gəlib kəsilsə və 30 gün təmiz qaldıqdan sonra 5 gün daha qan gəlsə, aradakı 30 gün qan axmış sayılar. 40 günün hamısı nifas olar. 5 qan və 30 təmiz gündən sonra 10 gün yenə qan gəlsə, 40 günü keçən 5 qanlı gün istihazə olar.

3- Bir qadının əvvəlki doğumunda nifası 20 gün ikən ikinci doğumda 5 qan, 30 təmiz və 1 gün qan, sonra 15 təmiz və 1 gün qan görsə, 52-ci gün gördüyü qan istihazə olar. Nifası da 20 gündən 36 günə çıxmış olar.