İmanın zirvəsinə çıxmaq

Sual: Həmişə Allahın varlığını isbat edən yazıları oxumaqla rahatca imanın zirvəsinə çıxa bilər bilərikmi?
CAVAB
O tip yazılar oxumaqla imanın zirvəsinə çıxılmaz. Rəsulullah əfəndimiz, zirvəyə necə çıxılacağını bildirmişdir. Bir hədis-i şərifdə buyurulur ki:
(Bunları etmək imanı zirvəyə çıxarar:
1 - Allahın hökmünə qarşı səbr etmək
2 - Qəza və qədərə razı olmaq
3 - Tam təvəkkül sahibi olmaq
4 - Allaha tam təslim olmaq.) [Əbu Nuaym]
İndi bu dörd maddəni qısaca açıqlayaq:

Səbir:
Bir fərzi yerinə yetirmək və ya bir günahdan qaçmaq səbrsiz ələ keçməz. Rəsulullah əfəndimizə (iman nədir?) deyə soruşulduğunda, (Səbir) buyurdu. (Deylemi)
Səbir, acı isə də meyvəsi şirindir. Üç hədisi-şərif tərcüməsi:
(Səbrin imandakı yeri, başın bədəndəki yeri kimidir.) [Deylemi]

(Səbr edən quldan Allah razı olar.) [Deylemi]

(Səbirli və ixlaslı Cənnətə gedər.) [Taberani]

Üç ayəti-kərimə tərcüməsi də belədir:
(Səbr edənlərə mükafatları hesabsız verilər.) [Zumər 10]

(Səbr edənlərə [ihsanımı] müjdələ!) [Bəqərə, 155]

(Səbr edərək yarışın!) [A. İmran 200]

Həzrət-i Xızır, (Günah işləməməyə səbr etmək sayəsində ledün elminə qovuşdum) buyurmuşdur.

Qədərə razılıq:
Allahdan gələn hər şeyə razı olmaq böyük nemətdir. Hədis-i şəriflərdə buyuruldu ki:
(Qədərə razılıq, səadət əlamətidir.) [Tirmizi]

(Bu 3 şeyi edən dünya və axirət xeyirinə qovuşar: Qəzaya razılıq, bəlaya səbr, rahatlıqda dua.) [Deylemi]

(Bu 3 şeyi edən 40 övliyadan biri olar: Qəzaya razılıq, haram işləməməyə səbr, buğd-ı fillah.) [Deylemi]

(Haqq təala buyurdu: Qəza və qədərimə razı olmayan, bəyənməyən və bəlaya səbr etməyən, məndən başqa Rəb axtarsın!) [Taberani]
(Ya Rəbbi, məni qəza və qədərinə razılıq göstərən, belana səbr edən və nemətlərinə şükr edənlərdən et!) deyə dua etmənin ən gözəl dualardan biri olduğu bildirilmişdir.

Təvəkkül:
Təvəkkül fərzdir. Quran-ı Kərimdə tərcümə olaraq buyuruldu ki:
(İmanınız varsa Allaha təvəkkül edin.) [Maidə 23]

(Təvəkkül edənə Allah kafidir.) [Talaq 3]

(Allah təvəkkül edənləri sevər.) [Al-i İmran 159]

Ən böyük mövqe, Allahu təalanın sevgisinə qovuşmaqdır. Hasbiyallah, Allah mənə yetişər, kafi gəlir deməkdir. İbrahim əleyhissalam, atəşə atılarkən, Hasbiyallah və ni'mel vəkil dedi və xilas oldu. Allahu təala, Davud əleyhissalama belə vəhy etdi:
(Bir qul, qullara deyil də mənə ixlasla təvəkkül etsə, hər kəs ona tələ qursa, ona mütləq bir çıxış qapısı açaram. Bir qul da mənə deyil məxluqa güvənsə, bütün yüksəliş səbəblərini kəsər və çöküş yollarını rahatlaşdıraram.) [İbni Asakir]
Ağaca söykənmə quruyar, insana söykənmə ölər.

Allaha təslimiyyət:
Təslim olmaq, əsir olmaq, qul kölə olmaq deməkdir. Allaha təslim olmaq da Allahın qulu olmaq və Onun hər əmrini etməyə hazır gözləmək deməkdir. Onsuz da müsəlman, Allaha təslim olan insan deməkdir. Quran-ı Kərimdə də təslim olmaq əmr edilər:
(Biz yalnız Allaha təslim olduq deyin!) [Bəqərə, 136]

(Aləmlərin Rəbbinə təslim olaraq namaz qılın.) [Ən'am 71, 72]

Belkıs imanını bildirmək üçün, (Aləmlərin Rəbbi olan Allaha təslim oldum) dedi. (Nəml 44)

Hədis-i şərifdə də buyuruldu ki:
(Bu beş şey imandandır: Allaha təslimiyyət, qədərinə razılıq, işini Allaha həvalə etmək, ona güvənmək, müsibətə səbr.) [Bəzzar]

Bu halda bunları tətbiq edən imanın zirvəsinə çıxar.

Kamil iman sahibimiyik?
Sual: Olgun imana qovuşduğumuzu necə bilək?
CAVAB
Bəli, bəzi əlamətlər vardır. İnsan bunlara baxaraq kamil iman sahibi olub olmadığını anlaya bilər. Məsələn Həsən min Məhəmməd bin Həsən həzrətləri buyurur ki:
Bu üç şeyi edən kamil iman sahibidir:
1 - Sevər amma sevgisi batilə salmaz.
2 - Hirslənər amma hirslənməsi haqqdan ayırmaz.
3 - Güclü ikən də, haqqı olmayana əl uzatmaz.

Əshabi-kiram, "Biz, insanlardan gələn çətinliklərə səbr etməyənləri, kamil iman sahibi saymazdıq" buyurur. Bir ayə tərcüməsi:
(Əsl yaxşılıq, Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə inanmaq, Allah razılığı üçün qohuma, yetimlərə, yoxsullara, yolda qalmışlara, kölə [və əsirlərə] sevdiyi maldan xərcləmək, namaz qılmaq, zəkat vermək, andlaşmada sözlərini yerinə yetirmək, çətinlik, xəstəlik və döyüşdə səbr etməkdir.) [Bəqərə, 177]

Bu ayədə, insanı yetkinləşdirən əsaslar açıqca bildirilmişdir. Bunlar da möhkəm iman, yaxşılıq, kömək və nəfsin islahıdır. Bu xüsusiyyətləri özündə yığan bir kimsə, iman və etiqadına görə, sidqlə səciyyələndirilmiş, təqva ilə təriflənmişdir. Peyğəmbər əfəndimiz, (Bu ayənin bildirdiyi xüsuslarla əməl edən, kamil iman sahibi olar) buyurdu. (Tibyan)

Haramlardan qaçan və ibadətləri yerinə yetirən kamil iman sahibidir.

İbadətləri yerinə yetirib imanıma bir zərər gəlir deyə qorxanın və "Günahlarım çoxdur, ibadətlərim məni qurtarmaz" deyə düşünənin imanı qüvvətli deməkdir. (Bezzaziyye)

Mövzu ilə əlaqədar hədis-i şəriflərdən bəziləri belədir:
(Bu üç kimsənin imanı kamala çatmışdır:
1 - Heç kimin qınamasından qorxmadan Allah yolunda gedən,
2 - Əməlinə riya qarışdırmayan,
3 - Dünya və axirətlə əlaqədar iki işdən axirətə aid olanı dünya işinə dəyişən.) [Deylemi]

(Bunları edən kamil imana malikdir:
1 - Allah üçün sevən, Allah üçün nifrət edən,
2 - Diliylə də Allahı anan,
3 - Özünə xoş gələni, başqasına da xoş görən,
4 - Özü üçün istəmədiyi bir şeyi başqası üçün də istəməyən,
5 - Xeyr danışan və ya susan.) [Taberani]

(Sevdiyini tək Allah üçün sevənin imanı kamildir.) [Beyhəki]

(Allahın dostlarını sevib, düşmənlərini düşmən bilənin imanı kamildir.) [Əbu Davud]

(Lütfkarlıq sahibi olanın imanı kamildir.) [Əhməd]

(İmanı kamil olan mömin, gözəl əxlaqa sahib olandır.) [Taberani, Deyləmi]

(Harada olursa olsun, Allahu təalanı unutmamaq, kamil imanı göstərir.) [Beyhəki]

(Allah və Rəsulunu hər şeydən çox sevən, sevdiyini tək Allah razılığı üçün sevən və atəşə düşməkdən çox, küfrə düşməkdən qorxanın imanı kamildir.) [Buxari]

(Bəlanı nemət, bolluq və rahatlığı müsibət saymayanın imanı kamil olmaz.) [Taberani]

(Qonşusu, zərərindən əmin olmayanın imanı kamil deyil.) [Bəzzar]

İmanı qüvvətləndirmək üçün
Sual: İmanı qüvvətləndirmək üçün nə etməli?
CAVAB
İmanı qüvvətləndirən, dadını hiss etdirən çox şey vardır. Bəzilərini bildirək:
1 - Gözəl əxlaqlı olmaq.
2 - Həmişə Allahu təalanı xatırlamaq.
3 - İxlaslı olmaq.
4 - Comərd olmaq.
5 - Əlində olmadan, böyük bəlalara məruz qalmaq. (Saleh kimsə üçün)
6 - Haramlardan qaçmaq.
7 - Küfrə düşməkdən çox qorxmaq.
8 - Sevdiyini Allah üçün sevmək, sevmədiyini Allah üçün sevməmək.
9 - Saleh olmaq.
10 - Namaza çox əhəmiyyət vermək.

Bu mövzudakı hədisi-şəriflərdən bəziləri belədir:
(Quran oxumaq və Allahı zikr imanı qüvvətləndirər.) [Deylemi]

(Müsəlman comərd imanı qüvvətlidir.) [Deylemi]

(Allah qorxusundan ötrü harama baxmayan imanının dadını alır.) [Taberani, Hakim]

(Üç şey imanın dadını artırar: Allah və Rəsulunu hər şeydən çox sevmək, özünü sevməyən müsəlmanı Allah razılığını almaq üçün sevmək və Allahın düşmənlərini sevməmək.) [Taberani]

(Yaxşılıq edincə sevinən, günah işləyincə kədərlənən imanlıdır.) [Taberani]

Səhər və axşam bu duanı oxuyan şirkə düşməkdən xilas olar və imanı qüvvətlənər:
(Allahummə inni əuzu bike min ən uşrike bike şey-ən və enə aləmi və estağfirü-ke li-ma la-aləmi inneke endə allamül-guyub.) [İ. Əhməd]

İmanın qüvvəti
Sual: Bir insan, öz imanının qüvvətli olub olmadığını anlaya bilər mi? Bu barədə bir məhək daşı var?
CAVAB
Bəli, vardır. Qarşılaşdığımız bir işi, belə etsək dünya mənfəətimizin olacağı, başqa cür etsək axirət mənfəətimiz olacağı bilinirsə, biz də axirət mənfəətimizi seçe biliriksə, imanımızın qüvvətli olduğu, dünya mənfəətini seçim ediriksə imanımızın zəif olduğu aydın olar.