Sual 1: Heyzli ikən boşanan qadın neçə ay sonra başqası ilə evlənə bilər? CAVAB Heyz [və nifas] zamanında boşamaq bidətdir, haramdır. Amma yenə boşamaq səhihdir. Boşanmanın reallaşdığı heyzdən deyil, ondan sonra gələcək heyzdən etibarən iddət gözləyər. Çünki 3 tam heyz gözləmək lazımdır. 3-cüheyz bitib təmiz olduqdan sonra evlənə bilər. Sual 2: Təmiz ikən boşanan qadın neçə ay sonra başqası ilə evlənə bilər? CAVAB Hənəfidə ilk təmizliyin əvvəlindən 3-cü heyzin sonuna qədər olan zamandır. Buna görə, 3 heyz görüb təmiz olduqdan sonra iddət müddəti bitmiş olar. Sual 3: Əri ölən qadın neçə ay sonra başqası ilə evlənə bilər? CAVAB Ərinin ölümündən 4 ay 10 gün sonra evlənə bilər. Sual 4: Adətdən kəsilən qadın boşananda neçə ay sonra başqası ilə evlənə bilər? CAVAB 3 ay sonra evlənə bilər. Sual 5: Hamilə ikən boşanan qadın başqa biri ilə nə vaxt evlənə bilər? CAVAB Doğum və iddət bitdikdən sonra nigah edilə bilər, ancaq nifas bitmədən cima caiz olmaz. Sual 6: Evlənib xəlvət olmadan, yəni bir araya heç gəlmədən boşanan qadın başqa biri ilə evlənə bilmək üçün iddət gözləməlidir? CAVAB İddət gözləməsi lazım deyil.